Asiyanın ən zəngin qadını məlum oldu

31-07-2022, 09:04           
Asiyanın ən zəngin qadını məlum oldu
Çində daşınmaz əmlak sənayesində baş verən durğunluq Asiyanın ən varlı qadınlarının reytinqini dəyişib.

Teleqraf.com “Bloomberg” Milyarderlər İndeksinə istinadən xəbər verir ki, hindistanlı Savitri Cindal çinli Yanq Huiyanı geridə qoyaraq Asiyanın ən zəngin qadını olub.

Cindalın 11,3 milyard dollar sərvəti metal və enerji kimi müxtəlif iş sahələrində fəaliyyət göstərən “Jindal Group”a əsaslanır.

Cindal ölkəsinin 10-cu ən zəngin adamıdır. İş qadınının həyat yoldaşı və holdinqin qurucusu OP Cindal 2005-ci ildə helikopter qəzasında həlak olduqdan sonra biznesin başına keçib.

Çinli Yanqın sərvəti isə daşınmaz əmlak sektorundakı fəaliyyətinə əsaslanır. Səhmlərinin 60 faizinə sahib olduğu Çinin ən böyük daşınmaz əmlak şirkəti “Country Garden”də yaşanan geriləmə ilə onun sərvəti 11 milyard dollara düşüb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru