Azərbaycanda toyda saz ifaçısı niyə bıçaqlandı? - Təfərrüat + VİDEO

1-08-2022, 10:39           
Azərbaycanda toyda saz ifaçısı niyə bıçaqlandı? -
Saz ifaçısı bıçaqlanıb. Hadisə Qazax rayonunun Quşçu Ayrım kəndində qeydə alınıb. Kənd sakini, 25 yaşlı İlham Süleymanov məclislərin birinə dostlarının dəvəti ilə saz ifa etmək üçün dəvət alıb. Daha sonra dostlar arasında mübahisə yaranıb. Valideynlərinin bildirdiyinə görə İlham onları sakitləşdirməyə çalışan zaman həmkəndlisi Orxan İsmayılov tərəfindən bıçaqlanıb. O, bir neçə bıçaq yarası ilə xəstəxanaya yerləşdirilib.

Faktla bağlı Qazax rayon polis şöbəsinə məlumat daxil olan kimi polis hərəkətə keçib.

Araşdırmaların nəticəsindən asılı olaraq məsələyə hüquqi qiymət veriləcək.

Xəzər tv-nin hazırladığı videomaterialı təqdim edirik:












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru