Vəkil müdafiə etdiyi şəxsə görə təhdid olunduğunu deyir - FOTO
2-08-2022, 08:13
![Vəkil müdafiə etdiyi şəxsə görə təhdid olunduğunu deyir - FOTO](/uploads/posts/2022-08/1659413556_1.jpg)
Tovuz rayon polis şöbəsində oğurluqda təqsirləndirilən şəxsin vəkili Mahir Əliyev təhdid edildiyini yazır.
Mediaxeberleri.Az-ın məlumatına görə, bunu vəkil Mahir Əliyev özünün “Facebook” hesabında paylaşıb.
Vəkil bildirib ki, əvvəl oğurluqda təqsirləndirilən şəxsi müdafiə etməməyi üçün xəbərdarlıqlar ediblər, sonra isə təhdidə keçilib:
“Bu gün oğurluqda təqsirləndirilən şəxsin yenidən dindirilməsi barədə vəsatət qaldırdıqdan sonra Tovuz rayon polis şöbəsinin Birinci müavini məni hədələdi və təhdid etdi”.
Vəkil qarşılaşdığı hədə və təhdidlə əlaqədar Prezidentə müraciət edəcəyini bildirib:
“Bu məsələ ilə bağlı ölkə rəhbərliyinə yazılı şikayət edəcəm və xahiş edəcəm ki, vəkilin müstəqilliyinin və təhlükəsiz fəaliyyətinin təmin olunmasına göstəriş versin”.
01.08.2022 ci il tarixdə Tovuz rayon polis şöbəsində müdafiəçisi olduğum şəxsin oğurluqla əlaqəli olan təqsirləndirilməsinə dair cinayət işi üzrə müdafiə etdiyim şəxslə şahid qismində üzləşdirilmə aparılan şəxs arasında üzləşdirmə istintaq hərəkəti aparılan zaman, şahidin (hələki) vermiş olduğu ifadəsində oğurluqdan xəbərdar olmasına, az yaşlıları oğurluğa sövq etməsinə,həmin qızılları satdığına, satmış olduğu şəxsin Tovuz rayon polis şöbəsinə gətirildiyini və onda olan qızılların məhz Tovuz rayon polis şöbəsinə təhvil verməsinə baxmayaraq, təqsirləndirilən şəxslərdən həmin zərərlərin ödənilməsi tələb edilir.
Mən müdafiəçisi olduğum şəxsin hüquqlarını müdafiə etdiyim üçün Tovuz rayon polis şöbəsinin Birinci müavini tərəfindən təhdidlərlə üzləşmişəm, hətta başıma oyun açılacağı, zərərçəkmiş şəxslərin üstümə qalxacaqları kimi fikirləri eşitmişəm, hətta verəcəyim vəsatətlərin boş bir yazı olduğunu vurğulayaraq, vəsatətlərin rədd ediləcəyini bildirir. Mən anlaya bilmirəm müdafiə hüququnu normal həyata keçirən vəkillər nə zamanadək bu cür qanunsuzluqlarla üzləşəcəklər?
Mən inanıram ki, bu hallara normal qiymət verilərək, haqq ədalət öz yerini tapacaq.
![](/uploads/posts/2022-08/1659413605_2.jpg)