Almaniyada tullantılardan qaz hazırlamaq təklif edildi

2-08-2022, 09:14           
Almaniyada tullantılardan qaz hazırlamaq təklif edildi
“Almaniya bioloji tullantıların istifadəsi hesabına Rusiya qazının istehlakını azalda bilər”.

Bu barədə Baden-Vürtemberq federal əyalətinin ətraf mühit nazirinin müavini Andre Baumann bildirib.

Onun sözlərinə görə, məsələn, bananın qabığından qaz əldə etmək olar.

“Banan qabığından təbii qaz istehsal olunur, sonra isə [Rusiya Prezidenti Vladimir] Putindən daha az qaz ehtiyacımız yaranır <…>. Qalıq tullantılar üçün olan çənlərdə xəzinə basdırılıb. Bu, bizim qızıl qalıq tullantılarımızdır”, - deyə Baumann qeyd edib.

Siyasətçinin fikrincə, orqanik tullantılardan yaradılan qaz artıq 200 000-dən çox almaniyalını elektrik enerjisi ilə təmin edir və təkrar emala diqqət yetirilərsə, gələcəkdə bu rəqəm iki dəfə artırıla bilər.

Mənbə: Gazeta.ru












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru