Ukrayna İzyumda əks hücuma keçəcək

2-08-2022, 11:48           
Ukrayna İzyumda əks hücuma keçəcək
Ruslar Donetskin şimalından Zaporojyeyə qoşun yeridir və Slavyanska irəliləmək kampaniyasına son qoyur. Bu, yəqin ki, Ukrayna Silahlı Qüvvələrinə İzyum istiqamətində əks hücuma keçmək imkanı yaradacaq.

Axar.az xəbər verir ki, bu barədə ABŞ-ın Müharibənin Öyrənilməsi İnstitutu məlumat yayıb.

“Qoşunların Don etsk vilayətindən çıxarılması çox güman ki, Ukraynaya İzyum istiqamətində əks-hücum əməliyyatına başlamaq imkanı yaradacaq. Rusiya qoşunlarının Zaporojye vilayətinə yeridilməsi onu deməyə əsas verir ki, Ukraynanın əks-hücumları təkcə Xerson bölgəsi ilə məhdudlaşmır və ehtimal ki, bütün cənub boyunca baş verəcək”, - məlumatda deyilib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru