Hər üçüncü rusiyalı düşünür ki, Günəş Yer ətrafında fırlanır... - RƏY SORĞUSU

3-08-2022, 00:05           
Hər üçüncü rusiyalı düşünür ki, Günəş Yer ətrafında fırlanır... - RƏY SORĞUSU
"Rusiyalılar arasında orta və aşağı savadlılıq üstünlük təşkil edir"

Rusiyanın hər üçüncü sakini əmindir ki, Günəş Yer ətrafında fırıanır. Eyni zamanda, ölkənin təxninən yarısı inanır ki, geni dəyişilən qida xərçəng törədir, 20 faizdən çoxu isə hesab edir ki, insanlar planetdə dinozavrlarla birlikdə yaşayıb.

Moderator.az xəbər verir ki, bunu Ümumrusiya ictimai rəyi öyrənən mərkəzin keçirdiyi rəy sorğusunun nəticələri sübut edir.

Rəy sorğusuna 18 yaşınadək 1600 nəfər cəlb edilib. Sorğu telefon müsahibəsi metodu ilə keçirilib. Respondentlər təsadüfi olaraq seçilib.

Rəy sorğusunun nəticələrində qeyd edilir ki, Rusiya Federasiyasında savadlılığın ümumi səviyyəsi artır, hərçənd, bəzi göstəricilər ildən-ilə pisləşir.

Məsələn, Günəşin Yer ətrafında fırlanması barədə yanlış fikirləri 2007-ci ildə respondentlərin 28 faizi, 2011-ci ildə 32 faizi, 2022-ci ildə 35 faizi iddia edib.

Bu zaman Mərkəz qeyd edir ki, digər yanlışlıqlara inanan rusiyalıların sayı zaman keçdikcə azalır.

Belə ki, yalnız 7 faiz hesab edir ki, radioaktiv süd qaynadıldıqdan sonra təhlükəsiz olur (2007-ci ildə 14 faiz , 2011-ci ildə 11 faiz belə cavab verib).

İlk insanların dinozavrlarla birlikdə yaşaması ilə respondetlərin 21 faizi razıdır (2007-ci ildə 30 faiz, 2011-ci ildə 28 faiz belə cavab verib.

Geni dəyişilmiş qidanın xərçəng törətməsi ilə yeni sorğuda 44 faiz razılaşıb.
2014-cü ildə buna rusiyalıların 67 faizi əmin olub.

"Sorğunun nəticələrindən görünür ki, rusiyallılar arasında orta və aşağı elmi savadlılıq üstünlük təşkil edir. Eyni vəziyyət dünyanın bir çox ölkələrində də hökm sürür: antielmi baxışlar təkcə maariflənməyə deyil, həm də, müşahidə etdiyimiz kimi, pandemiya əleyhinə, peyvəndlənmə və s. tədbirlərin keçirilməsinə davamlı olaraq mane olur", - Mərkəzin nəşr proqramları departamentinin rəhbəri Anna Kuleşova qeyd edib.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.