“Amburan” çimərliyi ilə bağlı araşdırma başladı – VİDEO

3-08-2022, 00:21           
“Amburan” çimərliyi ilə bağlı araşdırma başladı – VİDEO
Bilgəh qəsəbəsində yerləşən istirahət mərkəzlərindən birinin ərazisində (“Amburan” çimərliyi – Red) kanalizasiya sularının dənizə axıdılması ilə bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyi araşdırmaya başlayıb.

Bu barədə nazirlikdən bildirilib.Qeyd edilib ki, Xəzər kompleks ekoloji monitorinq idarəsinin əməkdaşları ərazidə olub, analiz üçün nümunələr götürüb: “Analizlərin cavabı çıxdıqdan sonra ictimaiyyətə ətraflı məlumat veriləcək”.Xatırladaq ki, sosial şəbəkələrdə sözügedən ərazidə suyun çirkləndirilməsi ilə bağlı video yayılıb və qeyd edilir ki, ətrafa çox pis qoxu yayılır.













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru