Pelosinin səfəri Ukrayna üçün pis ssenaridir

3-08-2022, 10:37           
Pelosinin səfəri Ukrayna üçün pis ssenaridir
Nensi Pelosinin Tayvana səfəri Çin və ABŞ arasında münasibətləri gərginləşdirməklə yanaşı, Ukrayna üçün heç yaxşı hal deyil. Çünki iki dövlət arasında münasibətlərin pisləşməsi Rusiya üçün sərfəli olacaq.

Axar.az xəbər verir ki, bu sözləri Ukraynanın siyasi elmlər doktoru, professor Olqa Brusilovskaya son günlər Çin və ABŞ münasibətlərini gərginləşməsini şərh edərkən deyib.

Politoloq qeyd edib ki, ABŞ və Çinin artıq neçə ildir iqtisadi müharibə vəziyyətində olması hər iki ölkəni tükəndirib:

“Buna görə münasibətlərin kəskinləşməsi heç bir tərəfə fayda verməyəcək və təkcə iqtisadiyyata yox, həm də geosiyasi cəhətdən narahatlıq doğuracaq. Yəni ABŞ Çini özündən uzaqlaşdırsa, o zaman Çin Rusiya ilə daha yaxın münasibətlər qura bilər. Ona görə də ABŞ Çinlə razılığa gəlməlidir. Yalnız o zaman biz daha təhlükəsiz olacağıq”.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru