Casusluqda ittiham olunan jurnalist SƏRBƏST BURAXILDI

7-08-2022, 11:30           
Casusluqda ittiham olunan jurnalist SƏRBƏST BURAXILDI
Şənbə günü Kosovo sərhədində casusluqda şübhəli bilinərək həbs edilən rusiyalı jurnalist Daria Aslamovanın sərbəst buraxıldığı deyilir.

Publika.az xəbər verir ki, bu barədə onun çalışdığı “Komsomolskaya Pravda” nəşri məlumat yayıb.

Bildirilib ki, jurnalist Daria Aslamova redaktorlarla əlaqə saxlayıb və Serbiya-Kosovo sərhəddindəki Raska şəhərində olduğunu deyib. Qeyd olunur ki, avqustun 7-nə keçən gecə Kosovo hakimiyyəti onu azad edib və o, müstəqil şəkildə avtobusla təyinat yerinə çatıb.

“Səhər saat dörddə sərhədə çatdım. Serb sərhədçiləri də məni dindirdilər. Deportasiya nişanının niyə olmadığını öyrəndilər”, - deyə Aslamova bildirib.

O, həmçinin əlavə edib ki, Kosovoda saxlandıqdan sonra ona amerikalılarla dəyişdirilə və ya Ukraynaya ekstradisiya oluna biləcəyi bildirilib.

Avqustun 7- də bildirilmişdi ki, “Komsomolskaya Pravda” qəzetinin jurnalisti Daria Aslamova Kosovoda saxlanılandan bəri əlaqə saxlamayıb. KİV-in məlumatına görə, Aslamova Serbiya ilə Kosovo arasında artan gərginliklə bağlı xüsusi reportaj hazırlayırmış.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru