Səfər Mehdiyevin polis tərəfindən saxlanılan maşını bu şəxsin imiş - VİDEO

8-08-2022, 17:39           
Səfər Mehdiyevin polis tərəfindən saxlanılan maşını bu şəxsin imiş - VİDEO
Səfər Mehdiyevin polis tərəfindən saxlanılan maşını bu şəxsin imiş
Xəbər verdiyimiz kimi sosial şəbəkələrdə Səfər Mehdiyevin idarə etdiyi 90-AA-978 dövlət qeydiyyat nişanlı avtomobilin polis tərəfindən saxlanması videosu yayılıb. DİA.AZ bildirir ki, maşından düşən sürücü YPX əməkdaşına "Sən nə həyasız adamsan, əə? Görmürsən general-polkovnik Mehdiyevdir?" sözlərini deyib.



Bəs keçmiş sədrin idarə etdiyi bahalı maşın kimin adınadır?

Oxu24.com-un əldə etdiyi məlumata görə, nömrə "Vadi-4" MMC adlı şirkətin üzərinə qeydiyyatdadır. MMC-nin qanuni təmsilçisi Nəsir Məhərrəm oğlu Cəfərovdur. Bəs bu şəxs kimdir, özünə "Kurtlar Vadisi" qurub? Dövlət Gömrük Komitəsinin sabiq sədri, gömrük xidməti general-polkovniki Səfər Mehdiyevin həmkəndlisi, Naxçıvanın Babək rayonu Nehrəm kəndindən olan qohumudur.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru