İrəvandakı PARTLAYIŞI İŞİD törədib? - ABŞ səfirliyinin XƏBƏRDARLIĞI

15-08-2022, 21:58           
İrəvandakı PARTLAYIŞI İŞİD törədib? -
İrəvanda “Sürməli” ticarət mərkəzində baş verən partlayış bağlı erməni ictimai rəyində artıq “terror” versiyaları dolaşır.

TEREF publika.az-a istinadla xəbər verir ki, Ermənistan Milli Təhlükəsizlik Xidməti əhaliyə belə məlumatlara inanmamaq üçün müraciət edib.

Partlayışla bağlı belə versiyaların ön plana çıxmasının istinad nöqtəsi isə
son dövrlər Ermənistan daxilində baş verən proseslərdir.

“Hraparak” nəşri yazır ki, 22 iyulda Daxili İşlər Nazirliyi vilayət qubernatorlarına məktub göndərib və onlara ayıq-sayıq olmaq tapşırılıb. Bu xəbərdarlıq İŞİD-in terror aktı törətməsi təhlükəsinə qarşı edilib.

“Partlayışın olduğu gün metroya, bir sıra dövlət və hərbi obyektlərə bombaların qoyulduğu xəbərləri yayıldı. Avqustun 3-də ABŞ-ın Ermənistandakı səfirliyi öz vətəndaşlarına müəyyən yerlərə getməməklə bağlı xəbərdarlıq edilib. ABŞ səfirliyi adətən hansısa təhlükələrdən öncə belə çağırışlar edir”, - nəşr yazır.

“168 saat” qəzeti isə yazır ki, BMT-nin Ermənistandakı ofisi partlayışdan əvvəl öz əməkdaşlarına “Sürməli” ticarət mərkəzinin ərazisinə getməməklə bağlı elektron məktublar göndərib.

“Hrapakar” nəşri partlayışın arxasında İŞİD-in ola biləcəyi ehtimalını irəli sürür.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.