Avropada qurumuş çaylarda “ac” daşlar peyda oldu: Böyük quraqlıq başlayır? - FOTO

16-08-2022, 10:24           
Avropada qurumuş çaylarda “ac” daşlar peyda oldu:
Avropanın qurumuş çaylarında “ac” daşlar peyda olub.

Bu daşların üzərinə tarixlər və suyun səviyyəsi ilə bağlı yazılar həkk olunub. Bu qeydlər çaylarda suyun səviyyəsinin azalması barədə xəbərdarlıq deməkdir. Eyni zamanda qaçılmaz bəlaların, yəni quraqlıq və nəticədə aclığın yaxınlaşdığını göstərir. Yəni çay quruyub daşlar üzə çıxırsa, deməli, fəlakətlər yaxındadır.

Tarixçilər bildirirlər ki, “ac” daşlar haqda ilk məlumatlar XV əsrə təsadüf edir. 20-ci əsrdə, 1918-ci ildə, Birinci Dünya müharibəsi zamanı da belə daşlar su üzündə görünməyə başlayıb. Daşların fotosunu jurnalist Olaf Kens dərc edib.

“Qorxuncdur. Avropa çaylarında quraqlıq olduğu üçün “ac daşlar” üzə çıxıb. Bu, XV əsrdə yaşamış əcdadlarımızın fəlakətlərlə bağlı dəhşətli xəbərdarlığı deməkdir”, - deyə o qeyd edib.




Mənbə: Sputnik Gürcüstan












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.