ABŞ-ın 44-cü prezidenti olacaq Barak Obama pirat formasında FOTO

27-11-2022, 13:47           
ABŞ-ın 44-cü prezidenti olacaq Barak Obama pirat formasında  FOTO
ABŞ-ın 44-cü prezidenti olacaq Barak Obama pirat formasında. Sonra deyirlər ki, uşağa oyuncaq silah almayın. Adam böyüyüb Nobel sülh mükafatını aldı)
Yanında anası Enn Danhemdir. O və Barakın atası, Harvard universitetinin keniyalı tələbəsi böyük Barak Hüseyn Obama 1960-cı ildə rus dili kurslarında tanış oldular. Barakın Keniyada arvadı və uşağı vardı, amma Ennə boşandığını dedi. Zatən mənsub olduğu İslam dini çoxarvadlığa icazə verirdi. Cütlük 1961-ci ilin fevralında evləndi, 1964-cü ildə boşandı.
Ata Obama 1965-ci ildə Keniyaya qayıtdı və yalnız bir dəfə, 1971-ci ildə oğluna baş çəkdi. 1982-ci ildə, 46 yaşında avomobil qəzasında öldü.
Enn Danhem də oğlunun prezidentliyini görmədi. O, 1995-ci ildə 53 yaşında xərçəng xəstəliyindən vəfat etdi. İki il sonra oğlu senator oldu.
Yadigar Sadıqlı
Teref.az












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru