“Pulumuzu istədik, dedi tapançam var, sizi…” – Gəncədəki qətlin detalları, qatilin anası DANIŞDI

12-12-2022, 08:25           
“Pulumuzu istədik, dedi tapançam var, sizi…” –
Gəncədə 1 nəfərin ölümü, 2 nəfərin bıçaqlanması ilə nəticələnən insidentin bəzi təfərrüatları məlum olub.

Dava qohumlar arasında baş verib.

Hətta öldürülən Əli Bayramov Kamal Bayramovun 3 ay evində qalıb. Bu müddət ərzində Ə.Bayramov ailədən olan bir nəfərdən ilk dəfə 5 min, ikinci dəfə isə 2700 manat alıb. Amma pulları qaytarmayıb. Mübahisə də bu səbəbdən yaranıb.

Kamal Bayramovun anası Ofelya Bayramova hadisənin bəzi təfərrüatları haqqında məlumat verib:

“Dünən bu vaxtı Əlinin qaynanasına zəng etdim ki, bizim pulumuzu alıb qaytarsın. Telefonu qadının əlindən alaraq dedi ki, tapancam var gəlib sizi öldürəcəm. Sonra isə hazırda yaralı olan oğluma dedi ki, filan yerə gəl. Mən qoymadım və qapını bağladım. Sonra işə getdim. Qayıdan zaman eşitdim bu hadisə baş verib”,- deyə O. Bayramova bildirib.

Məlumat üçün bildirək ki, qətli törədən K.Bayramov tarix müəllimi, qətlə yetirilən Ə.Bayramov isə Daşkəsən rayonunda ingilis dili müəllimi işləyib.



qafqazinfo.az












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.