Android istifadəçilərinin məlumatları oğurlana bilər

12-12-2022, 12:05           
Android istifadəçilərinin məlumatları oğurlana bilər
Mütəxəssislər Android əməliyyat sistemi əsasında işləyən smartfonların təhlükəsizlik sistemində boşluq aşkar edib.

Lent.az xarici KİV-ə istinadən xəbər verir ki, bu boşluq sayəsində hakerlər cihazlara zərərli proqramlar yeridə bilər.

İlk növbədə, təhlükə “Samsung”, “LG” və “Xiaomi” smartfonlarının sahiblərini gözləyir.

Bu problemlərin səbəbi Android əməliyyat sistemli telefonların qanuniliyini müəyyən edən platforma sertifikatları ilə bağlıdır. Həmin sertifikatlar satıcıların satış zamanı imzaladığı ərizələrdir.

Mütəxəssilər bu sertifikatların başqa insanların əlinə keçdiyini bildirib.

Bu da Android istifadəçilərinin şəxsi məlumatlarının asanlıqla ələ keçirilə biləcəyini göstərir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru