Tromba qarşı qoz yeyin - Həkim

14-12-2022, 12:38           
Tromba qarşı qoz yeyin - Həkim
Sağlam atışdırma qidalar pis xolesterinin səviyyəsini azaldıb, arteriyalarda tromb tıxaclarının qarşısını ala bilər.
Bakupost.az xəbər verir ki, dietoloq İqor Strokov Omeqa 3-lə zəngin qidaların tromba qarşı olduğunu deyib.
“Qoz liprotein səviyyəsinə təsir edir və xolesterini azaldır. Əgər qanda xolesterin yüksəkdirsə, arteriyalarda damar tıxanması, qan pıtraqları yaranır. Bu zaman venoz tromboemboliya riski artır.
Ayaq və qollarda dərin vena trombozu sonra ürək və ağciyər tutulmasına səbəb olur.
Hər gün 10 ədəd qoz yemək bu riski azalda bilər.
Elmi tədqiqatlar göstərib ki, qozlarda damarların funksiyasını yaxşılaşdıran maddələr var. Qoz həmçinin qanda şəkəri tənzimləyir, yüksək təzyiqə qarşıdır. Ürək-damar problemlərindən erkən ölümü azaldır”.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.