Xəzər dənizi ilə bağlı qorxunc proqnoz: 18 metrə qədər – VİDEO

15-12-2022, 13:05           
Xəzər dənizi ilə bağlı qorxunc proqnoz:
Xəzər dənizində suyun səviyyəsi 4-18 metrə qədər enə bilər.
Teref.az Xəzər TV-yə istinadən xəbər verir ki, Coğrafiya İnstitutunun şöbə müdiri Səid Səfərov bildirib ki, dənizin səviyyə tərəddüdü ilə bağlı müxtəlif versiyalar mövcuddur.
Onun sözlərinə görə, Almaniya və Niderland alimlərinin proqnozları isə daha bədbindir.Səid Səfərov deyib ki, sahəsinə görə dünyanın ən böyük qapalı gölü olan Xəzərdə suyun azalması həm iqtisadi, həm də ekoloji baxımdan ciddi problemlərə səbəb ola bilər.
Mütəxəssisin sözlərinə görə Xəzər dənizinin səviyyəsinin qalxması 2040-cı ildən sonra gözlənilir. Bunun da ciddi fəsadları ola bilər. Çünki suyun çəkildiyi ərazilərdə yeni infrastruktur qurulduqdan sonra səviyyə qalxarsa, bu zaman həmin ərazilər su altında qalacaq.













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru