Yer planetinin əhali LİMİTİ dolub: "Siz həyatdan, biz isə Marsa köçürük"

15-12-2022, 21:45           
Yer planetinin əhali LİMİTİ dolub:
İnsanların əksəriyyəti dünyadakı savaş, yayılan virus, hətta vaksinlərin nə üçün tətbiq olunduğunu yaxşı bilir. İnkişaf etmiş ölkələrin başqa planetdə həyat axtarışlarının səbəbi də bəllidir. Alimlərin fikrincə, Yer Kürəsi artan əhali sayına görə kiçikdir.

KONKRET.az xəbər verir ki, 1972-ci ildə Romanın alimləri planetimizin 8 milyarddan artıq insana bəs eləməyəcəyi barədə hesabat yayıblar. Sonradan çoxları bunun 2025-ci ildə baş verəcəyini bildirib.

Lakin BMT-nin noyabrın 15-ə olan hesablamalarına görə, Yer Kürəsinin əhalisi 8 milyarddır. “Irish Examiner”in araşdırmaçısı Con Vaydel bildirib ki, 70 il ərzində əhali bir neçə milyard çoxalsa, insanlığın yaşaması üçün planetin resursu tükənəcək. Yəni demoqrafik partlayış yaşanır:

“Və bunun qarşısını almaq lazımdır”.

Ziyalı təbəqənin fikrincə, bunun qarşısını Çin və Hindistandakı kimi övlad limitinin tətbiqilə almaq olar. Lakin dünya gücləri insanların sayını ekoloji terror, savaş və viruslarla azaltmaq xəttini götürüblər. Əslində belə ajiotajlar yaratmaqla insan qırğınlarına bəraət qazandırılır. Çünki planetimiz 12 milyard insan üçün də yetərlidir. Həm də insanların coğrafi bölgüsü yanlış aparılıb. Məsələn Hindistan əhalisi ərazicə 10 dəfə iri Rusiya sakinlərindən 10 dəfə çoxdur. Tutaq ki, Kanadada 40 milyon insan yaşayırsa, Çində bu rəqəm 1 milyard 4 milyondur. Avstraliya materikinin əhalisi cəmi 25 milyon təşkil edir. Belə deyək, dünya gücləri öz yerlərini dar etməmək üçün digər ölkələrin sakinlərinin ömrünü qısaltmağı, sayını azaltmağı düşünürlər.

Ən əsas düyün də odur ki, hazırkı qlobal problemlərin – nüvə təhdidi, müharibələr, viruslar, iqtisadi böhran, aclıq, iqlim dəyişikliyi, ekoloji terrorun da arxasında özləri dayanıb. Sanki belə bir reallıq yaradırlar:

“Siz həyatdan, biz isə Marsa köçürük”.

Natiq Səlim,












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.