AA seriyalı nömrələri kimlər ala bilər? — AÇIQLAMA

16-12-2022, 00:16           
AA seriyalı nömrələri kimlər ala bilər? — AÇIQLAMA
Əvvəllər AA seriyalı nömrə nişanı olan avtomobilləri görəndə ağlımıza ilk dövlət məmurları, xüsusən deputatlar gəlirdi. Lakin son zamanlar vəzifəli şəxsə aid olmayan avtomobillərdə də belə seriyalara rast gəlinir. Nədənsə, AA seriyalı avtomobilləri idarə edən sürücülər bunu prestij sayırlar. Bəs sadə vətəndaşlar belə seriyalı nömrəni necə ala bilərlər?
Teref.az yazır ki, nəqliyyat sahəsi üzrə ekspert Eldəniz Cəfərov pravda.az-a deyib ki, AA seriyalı avtomobillər təkcə dövlət qurumlarına aid deyil, həm də özəl sektora məxsusdur. “AA seriyalı nömrələr dövlət qurumlarındakı avtomobillərə, eyni zamanda hüquqi şəxs olan biznes şirkətləri, özəl şirkətlərə verilir. AA, AB, yaxud AC seriyalı nömrələrin heç biri fiziki şəxslərə verilə bilməz, verilmir də…”, - ekspert vurğulayıb.

Avtosfer.az bildirir ki, qanunvericilikdə AA seriyalı nömrələrin konkret kimə verilməsi məsələsi göstərilməyib. Bu məsələ Daxili İşlər Nazirliyinin daxili əmri ilə tənzimlənir və AA, AB, AS, AC və digər seriyalar yalnız dövlət qurumlarına və hüquqi şəxslərə verilir. Rüsumlar isə digər nömrələrdə olduğu kimidir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru