Britaniyada streptokok infeksiyasından ölən uşaqların sayı 19-a çatıb

16-12-2022, 11:18           
Britaniyada streptokok infeksiyasından ölən uşaqların sayı 19-a çatıb
Böyük Britaniyada A qrupu streptokok infeksiyasına yoluxduqdan sonra ölən uşaqların sayı 19-a çatıb.

Bu barədə Britaniya Səhiyyə Təhlükəsizliyi Agentliyi (UKHSA) cümə axşamı məlumat yayıb.

“Sentyabrın 12-dən dekabrın 11-dək 7750 skarlatina xəstəliyi qeydə alınıb. Müqayisə üçün qeyd edək ki, 2017-2018-ci il mövsümündə ilin eyni dövründə 2538 oxşar hal baş verib”,- məlumatda bildirilib.

Bildirilib ki, hazırda yoluxanların ümumi sayı təxminən 31 min nəfər olub.

Qeyd edək ki, infeksiyanın ilk əlamətləri boğaz ağrısı, qızdırma və əzələ ağrısıdır. Buna görə də xəstəliyi soyuqdəymə ilə qarışdırmaq asandır. Həkimlər uşaqların vəziyyətini izləməyi tövsiyə edir və ilk simptomlarda peşəkarlara müraciət etməyi tövsiyə edirlər.

Mənbə: TASS












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru