Əlcəzairin müstəqiiliyi uğrunda savaşda Fransızların yanında olan Əlcəzairlilərin taleyi... FOTO

17-12-2022, 00:04           
Əlcəzairin müstəqiiliyi uğrunda savaşda Fransızların yanında olan Əlcəzairlilərin taleyi... FOTO
Teref.az yazır ki, 1954-1962-ci illərdə Əlcəzair xalqı Fransa işğalından qurtulmaq üçün Əlcəzair Milli Qurtuluş Cəbhəsinin liderliyində azadlıq savaşı verdi.
1962-ci ildə Əlcəzair müstəqil oldu.
Həmin savaşda azadlıq uğrunda vuruşanlardan başqa Fransa aşiqi olan yüz minlərlə Əlcəzairli azadlıq hərəkatına qarşı Fransanın yanında oldular. Bu "kollaborantlar"ı yerli xalq alçaldıcı şəkildə "Xarki" adlandırırdı.
Savaş bitdikdən sonra Əlcəzairdəki milyonlarla Fransız ölkəni tərk etdi. Onlarla birlikdə satqın Xarkilər də qaçmaq istədilər. Lakin bir çoxunun Fransaya getməsinə Fransa imkan yaratmadı. Əlcəzairdə qalan həmin Xarkilər yerli milli hökümət və xalq tərəfindən repressiyalara və alçaldılmalara məruz qaldılar.
Xarkilərin bir qismi Əlcəzairi tərk edən Fransızlarla birlikdə Fransaya girə bildilər. Fransa höküməti Əlcəzairdən gələn Fransızlara "repatriant" (yəni öz ata yurduna geri dönən şəxs) statusu verdi. Fransa uğrunda öz xalqına qarşı çıxmış Ələczairli Xarkiləri isə Fransa dövləti lagerlərə saldı. Xarkilər düz 9 il, 1971-ci ilə qədər Fransa lagerlərində süründülər.
Yalnız 1971-ci ildə yeni qanunla lagerdən buraxılıb Fransa vətəndaşlığı aldılar.
Şəkildə Fransanın Sen-Moriz-L'Arduaz şəhərindəki lagerdə qalan Əlcəzair Xarkiləridir.

Huseyn Həsənli
Teref.az












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru