"Jerusalem Post": "Almaniya İranla ticarətdən 1.2 milyard avrodan dan çox mənfəət əldə edib"

17-12-2022, 10:47           
"Jerusalem Post": "Almaniya İranla ticarətdən 1.2 milyard avrodan dan çox mənfəət əldə edib"
İsrailin "Jerusalem Post" qəzeti dekabrın 16-da Almaniya Federal Statistika İdarəsinin məlumatlarına istinadən yazıb ki, İslam Respublikasının İranda nümayişçilərə qarşı repressiyaları zamanı Almaniya İranla ticarətdən 1.2 milyard avrodan dan çox mənfəət əldə edib.
Almaniyanın Federal Statistika İdarəsi son hesabatında bu ilin oktyabr ayının sonuna qədər bu ölkənin məhsullarının İrana ixracının həcminin 1.2 milyard avro dəyərində olduğunu açıqlayıb.
Həmin dövr ərzində İrandan idxal olunan malın dəyəri 260 milyon avro olub.
“Jerusalem Post” qəzetinin yazdığına görə, iranlı etirazçıların ölkələrini idarə edən dini hökuməti devirmək istədikləri bir şəraitdə Almaniya İranın Avropa ölkələri arasında ilk ticarət tərəfdaşı olaraq qalır.
Bu, elə bir halda baş verir ki, bir çox Qərb ölkələri, o cümlədən Almaniya son üç ayda molla hökumətinin iranlı etirazçılara qarşı repressiyalarını kəskin şəkildə pisləyirdi.
hurriyet.az












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.