Sürücülərin NƏZƏRİNƏ: bunu etməyən 50 manat cərimə olunacaq - VİDEO

18-12-2022, 10:39           
Sürücülərin NƏZƏRİNƏ: bunu etməyən 50 manat cərimə olunacaq - VİDEO
Layihədə nəqliyyat vasitəsinin rəngi dəyişdirildikdə onun 10 gün ərzində dövlət qeydiyyatından keçirilərək uçota alınması tələbi nəzərdə tutulur.

Yol hərəkəti üzrə ekspert Ərşad Hüseynov "Xəzər" TV-yə deyib ki, qüvvədə olan qanunvericilikdə təyin edilən müddət dəyişdirilməyib. İndi sadəcə dövlət qeydiyyatı ilə bağlı müddəa daha da dəqiqləşdirilib və rəng amili açıq formada göstərilib.

Ekspert tövsiyə edir ki, mütləq sürücülər rəng dəyişəndən sonra verilən müddət ərzində müraciət etsinlər.

Qeyd edək ki, qanun layihəsi Milli Məclisdə üçüncü oxunuşda qəbul edilib. Dəyşikliklər yanvarın 1-dən qüvvəyə minəcək. İnzibati Xətalar Məcəlləsinə görə, əgər rəng dəyşikliyi ediləndən 10 gün müddətinə avtomobil dövlət qeydiyyatına təqdim edilməsə, sahibi 50 manat məbləğində cərimə ediləcək.













Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.