Ruslar "Patriot"ların Ukraynaya gəlişini gözləyir

19-12-2022, 09:58           
Ruslar "Patriot"ların Ukraynaya gəlişini gözləyir
Amerikanın “Patriot” hava hücumundan müdafiə sistemlərinin Ukraynaya mümkün tədarükü rusiyalı mütəxəssislərə onları döyüş şəraitində yaxından öyrənməyə imkan verəcək.

Axar.az xəbər verir ki, bunu Xorvatiyanın “Advance” qəzetinin köşə yazarı Antun Roça deyib.

"Ukraynada bu zenit-raket kompleksləri peyda olan kimi onların məhv edilməsi Rusiya qüvvələri üçün prioritet məsələyə çevriləcək. Bundan əlavə, onlar haqqında təfərrüatı öyrənməyə çalışacaqlar. Təbii ki, belə bir "araşdırma" amerikalıları heç bir şəkildə qane etmir”, - o bildirib.

Roça xatırladıb ki, Səudiyyə Ərəbistanında ABŞ "Patriot"ları Yəmən Husiləri ilə raket döyüşləri zamanı yaxşı nəticə göstərməyiblər.

Jurnalistin fikrincə, hava hücumundan müdafiə sistemlərinin tədarükü hərbi əməliyyatlarda dönüş yaratmaqdansa, Vaşinqtonun sədaqətini nümayiş etdirməyə üstünlük verəcək.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru