“Sevgi evi” Qadın və Uşaq Sığınacağı ittihamlara cavab verdi - Azyaşlı qızın döyülməsi iddialarına cavab

19-12-2022, 16:43           
“Sevgi evi” Qadın və Uşaq Sığınacağı ittihamlara cavab verdi -
“Biz mətbuat konfransı keçirəcəyik. Prokurorluqla birlikdə Kəmalə Ağazadənin yalanlarını sübutlarla ortaya çıxaracağıq”.
TEREF.AZ bildirir ki, bunu Bakupost.az -a açıqlamasında “Sevgi evi” Qadın və Uşaq Sığınacağının adını açıqlamayan işçisi sığınacaqda azyaşlı qızın işgəncələrə məruz qaldığı barədə iddialara münasibət olaraq bildirib.
Müsahibimiz sığınacaqda heç bir işgəncə faktının olmadığı, Azərbaycan Uşaqlar Birliyinin sədri Kəmalə Ağazadənin sosial şəbəkədə yalan məlumat verdiyini iddia edib.

Qeyd edək ki, Kəmalə Ağazadə sosial şəbəkə hüsabənda video paylaşaraq, "Sevgi evi" Qadın və Uşaq sığınacağında azyaşlıların işgəncələrə məruz qaldığını bildirib.
"2 il ərzində görün uşaq nə hala qalıb? Uşağın videosunu paylaşıb kartının nömrəsini qoyan qadın bu aylar ərzində bu uşaq üçün nə edib? Ümumiyyətlə, qəyyumluğu verilməmiş bir uşaq bu adamın yanında nə gəzir? Dəfələrlə mənə yazıblar ki, uşaq döyülür. Amma mən faktlara əsaslana bilərəm. Hal-hazırda fakt uşağın bu vəziyyətdə olan görüntüsüdür. Hörmətli dövlət qurumları, yalvarıram sizə, qurtarın bu uşağı. Uşaq ölür", - deyə Kəmalə Ağazadə qeyd edib.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.