Bu müğənni vətəndaşlardan pensiya düzəltmək adı ilə külli miqdarda pul ələ keçirib, həbsdə olub – Vəkildən ŞOK AÇIQLAMA

19-12-2022, 19:24           
 Bu müğənni vətəndaşlardan pensiya düzəltmək adı ilə külli miqdarda pul ələ keçirib, həbsdə olub – Vəkildən ŞOK AÇIQLAMA

Qarabağda vəziyyəti daha da gərginləşdirməyə çalışırlar ..... Əli Həsənovun ölkədən çıxışına STOP qoyuldu ..... Özü üçün xaricdən dərman gətirənlərə bəd xəbər ..... "Buna kimsə ayrı don geyindirmək istəyirsə, cavabını alacaq" ..... Ərdoğan Suriyada kimi mübadilə etmək niyyətindədir ..... Azərbaycan çörəyi yenə xaricdən alacaq ..... “...Qarabağdakı separatçı-terrorçu rejim gəlirdən məhrum olacaq” ..... “AzerGold”dan işğaldan azad edilmiş ərazilərdəki yataqlarla bağlı açıqlama ..... Bu müğənni vətəndaşlardan pensiya düzəltmək adı ilə külli miqdarda pul ələ keçirib, həbsdə olub ..... Yüzlərlə erməni Bakıya zəng vurdu ..... Bu bürcün başından pul töküləcək ..... Azərbaycanda daha 11 nəfər COVID-19-a yoluxub ..... "Onlar yumruq görəndə danışıqlar haqqında düşünürlər" ..... İranda daha bir azərbaycanlı qız həbs edilib ..... Göyçayda narkomaniyanın zərərləri ilə bağlı tədbir keçirilib ..... Sabiq nazirlə bağlı bu hakim qərar verəcək ..... Sabah dollar neçəyə olacaq? ..... 2 milyon vergi borcu olan şirkət AMEA-nın kitabxanasını necə qoruyacaq? ..... "Rusiya qoşunları Ukraynadan çıxmadıqca danışıqlar barədə danışmaq mənasızdır" ..... Bir rusu axtarışa verdik... DAHA BİR QATIQ RUS PEYDA OLDU ..... Məşhur bəstəkarla Mirəliyev arasında QALMAQAL: ..... Mədəniyyət Nazirliyi Xalq artistinin şikayətini niyə baxmır? ..... Müğənninin 25 min manatını “Tərəqqi” medalı almaq üçün mənimsəyən şəxs kimdir? ..... İş yoldaşının çənəsini qıran xəstəxana direktorundan növbəti qalmaqal: ..... Putin seçim etməlidir: Ya sülhməramılı, ya da ekoloji terror... ..... Ermənilər Qarabağdan getmək istəyirlər, ancaq... ..... Sülhməramlıları Qarabağdan necə çıxartmaq olar? ..... Xankəndi erməniləri dəhlizə görə xiyarsız qalıblar ..... Mühüm əhəmiyyət kəsb edən Proqram ..... Kimsəsiz uşaqları sevindirdilər... ..... Dirijor Kazım Əliverdibəyov vəfat edib ..... Bakıda anasına görə cinayət törədən gənc ev dustağı edildi ..... SSRİ-yə oxşar İTTİFAQ yaradılması ilə bağlı ..... Xaricdən gətirilən buğda ucuzlaşıb, çörək niyə ucuzlaşmır? ..... “Aclığı dayandırın...” ..... Sabiq nazir daha bir vəzifəsini itirdi, ..... Vardanyandan MÜHARİBƏ ÇAĞIRIŞI ..... “Azərbaycan Dəmir Yolları”nda kütləvi İXTİSAR ..... Xoşqədəm Doğuşun oğlunu ..... `TƏRTƏR İŞİ`nə görə saxta məhkəmə hökmü çıxaran HAKİMLƏR... .....
Gündəm
Siyasət
Sosial
Hadisə
Dünya
Ölkə
Partiya
Cəmiyyət
Şou biznes
Üçüncü sektor
Araşdırma
Axtar...
Axtar...

Bu müğənni vətəndaşlardan pensiya düzəltmək adı ilə külli miqdarda pul ələ keçirib, həbsdə olub – Vəkildən ŞOK AÇIQLAMA
Tarix: Bu gün, 17:50 | Çap et
Bu müğənni vətəndaşlardan pensiya düzəltmək adı ilə külli miqdarda pul ələ keçirib, həbsdə olub
Kəlbəcər Rayon Mərkəzi Xəstəxanasının keçmiş baş həkimi Mehparə Musa qızı Kazımovanın vəkili İlqar Rüstəmov müğənni Dəniz Əsədovanın Mehparə Kazımovaya qarşı səsləndirdiyi iddialara aydınlıq gətirib.

TEREF.AZ bildirir ki, İ.Rüstəmov Pravda.az-a açıqlamasında müğənni ilə bağlı bir sıra faktları açıqlayıb.

O bildirib ki, Dəniz Əsədovanı xüsusi ittiham qaydasında məhkəməyə verəcək: “Dediklərinin hamısı şər-böhtan, yalandır. Onunla bağlı baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində araşdırma aparılıb. İddialarının hamısının yalan olduğu təsdiqini tapıb, bu səbəbdən cinayət işinin başlanılmasının rədd olunması barədə qərar verilib. Cinayət işi başlanılması rədd olunandan sonra jurnalistlərdən öyrənmişik ki, o, müğənnidir. Müğənni, yaxud hansısa fəaliyyətlə məşğuldursa, öz işidir. Biz buna qarışa bilmərik. Mehparə xanımın Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə yaxınlaşması, onun Dəniz Əsədovadan 25 min manat almasına dair səs yazısının olması - hamısı yalandır. O araşdırma çox uzun çəkib. Əvvəl Nəsimi Rayon Polis İdarəsində başlanılıb, sonra aidiyyəti üzrə Binəqədi Rayon Polis İdarəsinə göndərilib. Araşdırma vəzifəli şəxslər barəsində olduğuna görə Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə yönəldilib, lakin D.Əsədovanın dedikləri təsdiqini tapmayıb. Əksinə, Mehparə Kazımova humanistlik göstərib, D.Əsədovanın onun barəsində yalan məlumat vediyinə görə ərizə ilə hüquq-mühafizə orqanlarına müraciət etməyib. Biz artıq onu məhkəməyə verməyə məcburuq. Baş Prokurorluğa da müraciət edəcəyik ki, bu adam dayanmır”.

Vəkil bildirib ki, Dəniz Əsədova bir müddət həbsdə olub: “Barəsində Cinayət Məcəlləsinin 178-ci maddə üzrə Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü var. Əsədova əlbir olduğu cinayətkar dəstənin üzvü olan digər şəxslə birlikdə ayrı-ayrı çoxsaylı vətəndaşlardan pensiya düzəltmək adı ilə vahid niyyətlə külli miqdarda pul ələ keçirib. Bakı Ağır Cinayətlər Məhkəməsinin 2020-ci ilin sonlarında onlar barəsində hökmü var. Bir müddət həbsdə ölüb, sonradan barəsində şərti hökm çıxarılıb. Məhkəmə Dəniz Əsədovaya qadın olduğu üçün humanistlik göstərib, zərərlərin bir hissəsi ödənilib”.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.