Rəis təyin edilən general kimdir? - 44 günlük savaş vaxtı...

20-12-2022, 10:11           
Rəis təyin edilən general kimdir? - 44 günlük savaş vaxtı...
Xəbər verdiyimiz kimi, Dövlət Sərhəd Xidmətinin rəisi Aqil Babayev vəzifəsindən azad edilib və onun yerinə Azər İbrahimov təyin edilib.

TEREF.AZ axar.az-a istinadla xəbər verir ki, Azər Oqtay oğlu İbrahimov bu vəzifəyə qədər Dövlət Sərhəd Xidmətində Baş İdarə rəisi vəzifəsində çalışıb.

Prezident İlham Əliyevin sərəncamı ilə ona 16 avqust 2018-ci ildə general-mayor rütbəsi verilib.

“Azərbaycan bayrağı”, “Hərbi xidmətlərə görə” və s. orden-medallarla təltif edilib.

Azər İbrahimovun 44 günlük Vətən müharibəsində döyüşdüyü və Cəbrayıl istiqamətində düşmənə qarşı əməliyyatlarda fərqləndiyi bildirilir. O, Prezidentin sərəncamı ilə “Cəbrayılın azad olunmasına görə” medalı ilə də təltif edilən generallardan biridir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru