Oqtay Əsədovun qardaşı oğlu ilə Gömrük Komitəsi arasında nə problem var? - DETALLAR

21-12-2022, 16:09           
Oqtay Əsədovun qardaşı oğlu ilə Gömrük Komitəsi arasında nə problem var? -
Bakı Baş Gömrük İdarəsi məhkəməyə verilib.

TEREF.AZ Qaynarinfo-ya istinadla xəbər verir ki, iddiaçı 25 ildir Azərbaycanın tibb sektorunda aparıcı şirkətlərdən biri olan "Arash Medical Company” QSC-dir.
İşin mahiyyəti inzibati orqanların aktları və hərəkətləri (hərəkətsizliyi) ilə əlaqədar mübahisələrdir.

Birinci instansiya məhkəməsində uduzan şirkət apellyasiya şikayəti verib. İşə Bakı Apellyasiya Məhkəməsinin hakimi Cahangir Yusifovun sədrliyi ilə baxılacaq.

Qeyd edək ki, "Arash Medical Company” QSC 22 iyun 2011-ci ildə qeydiyyata alınıb. Nizamnamə kapitalı 2000 AZN olan şirkətin qanuni təmsilçisi Məmmədov Kamran Abid oğludur. Mediada gedən məlumatlara görə, şirkətin faktiki sahibi Milli Məclisin keçmiş spikeri, deputat Oqtay Əsədovun qardaşı oğlu Cavid Əsədovdur.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru