“Washington Post”: “Ukrayna döyüş meydanında süni intellektdən istifadə edir”

22-12-2022, 10:14           
“Washington Post”:
“Ukrayna döyüş meydanındakı məlumatları təhlil etmək və hədəfləri seçmək üçün süni intellektdən istifadə edir”.

Bu barədə “Washington Post” qəzeti yazıb.

Qəzetin ABŞ ordusuna və kəşfiyyatına yaxın olan köşə yazarı Devid İqnatius Ukraynaya səfər edib. İqnatius bildirib ki, Ukrayna Silahlı Qüvvələri döyüş meydanında qərar qəbul etmək üçün böyük məlumatların təhlili alqoritmlərindən istifadə edir. O, belə proqramlara özünün şahid olduğunu iddia edir.

Müvafiq proqram təminatı “Palantir” şirkəti tərəfindən hazırlanıb. Bu şirkət hələ 2017-ci ildə Pentaqon üçün “Maven” layihəsini işə salmışdı.

Bu proqram həm açıq mənbələrdən (məsələn, kommersiya peyklərindən və ya kartoqrafik xidmətlərdən), həm də qapalı mənbələrdən (məsələn, hərbi peyklərdən, dronlardan çəkiliş məlumatlardan, kəşfiyyatçıların döyüş sahəsinə ötürdüyü şəkillərdən) götürülmüş məlumatları təhlil edir.

Süni intellekt bu cür təsvirlərdə hətta palçıq və ya qarla örtülmüş olsa belə hərbi texnikanı (məsələn, T-72 tankları) müəyyən edə bilir.

Ukrayna ordusuna Almaniya və Polşada bu sistemdən istifadə edilməsi ilə bağlı təlimlər keçilir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru