Çin zondu Ayda əvvəllər məlum olmayan izlər tapıb

23-12-2022, 11:34           
Çin zondu Ayda əvvəllər məlum olmayan izlər tapıb
Çin planetoloqları “Çanqe-5” zondu ilə əldə olunan Ay süxurlarının nümunələrində Yerin təbii peyki üçün ekzotik mineralların bir neçə fraqmentini aşkar ediblər ki, bu da geoloqların əvvəllər varlığını bilmədiyi bir sıra vulkanik püskürmələrin izlərinə işarə edir.

Maraqlı tapıntılar Ayın Fırtınalar Okeanı adlanan ərazisindən 50-400 kilometr aralıda aşkar olunub.

Alimlərin sözlərinə görə, nümanələrin maqması unikal kimyəvi tərkibə malikdir və burada əvvəllər məlum olmayan vulkan püskürmələrinin izləri var.

Qeyd edək ki, “Çanqe-5” zondu 2020-ci ilin noyabrında buraxılıb. O, orbitə buraxıldıqdan təxminən 23 gün sonra Yerə qayıdaraq özü ilə 2 kq Ay nümunələri gətirib.

Mənbə: TASS












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru