Koronavirusdan sonra iybilmənin nə üçün itdiyi bəlli oldu - ARAŞDIRMA

25-12-2022, 00:05           
Koronavirusdan sonra iybilmənin nə üçün itdiyi bəlli oldu - ARAŞDIRMA
ABŞ alimləri koronavirusa yoluxan insanlarda uzunmüddətli və ya daimi qoxu itkisinin səbəbini araşdırıb.
Bakupost.az xəbər verir ki, Duke Universiteti və Harvard Universitetinin alimləri COVID-19-a yoluxan və uzunmüddətli qoxu itkisi olan 9 xəstə də daxil olmaqla 24 biopsiyadan toplanmış qoxu nümunələrini analiz ediblər.
Araşdırma nəticəsində koronavirusa yoluxma zamanı və ondan sonra immun hüceyrələrin qoxu sinir hüceyrələrinə hücum etdiyi və bu hüceyrələrin azalmasına səbəb olduğu üzə çıxıb. Bu qeyri-adi immun reaksiyaya yalnız aylarla qoxu hissini itirmiş xəstələrdə rast gəlinib.
Tədqiqatçılar qoxu neyronlarının sayına baxdıqda, uzun müddətli qoxu itkisi olanlarda bu neyronların əhəmiyyətli dərəcədə daha az olduğunu aşkarlayıblar. Araşdırma hesabatına görə, koronavirusa yoluxma zamanı qoxu hissini itirmiş insanların ən azı 5 faizində (dünyada təxminən 15 milyon insan) bu hiss tez bir zamanda və ya tam olaraq bərpa olunmur.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.