HANSI ŞORABA QIŞDA İMMUNİTETİ YÜKSƏLDİR?

26-12-2022, 10:24           
HANSI ŞORABA QIŞDA İMMUNİTETİ YÜKSƏLDİR?
Bir çox həkimlər şorabanın duzlu olması səbəbindən orqanizmə zərərli olduğunu desə də, elə şorabalar var ki, onlar orqanizm üçün əksinə faydalıdır.
Tribunainfo.az xəbər verir ki, həkim Svetlana Malinovskaya qışda immuniteti möhkəmlədəcək 2 sadə duzlu qidanı açıqlayıb.
Qışda xəstəliklərə qarşı düzgün qida seçmək önəmlidir.
“Bahalı ərzaqlara üz tutmaq lazım deyil. Məsələn, duzlu xiyar, kələm, duzlu balıq- fermentasiya prosesindən keçdiyi üçün şəkər süd turşusuna çevrilir. Süd turşusu isə bağırsaq mikroflorasının sevdiyi maddədir. Bu zaman faydalı bakteriyalar artır, immunitet aktivləşir, metobolizm artır.
Duzlu xiyar təzə xiyarın bütün faydalı xüsusiyyətlərini qoruyub saxlayır və gündə 1-2 kiçik xiyar yemək kifayətdir ki, mədə şirəsinin sintezi aktivləşsin, eləcə də öd işləsin.
Seledka balığı isə A, E, D, Omeqa 3-lə zəngindir.
Bu qida sinir, ürək-damar sisteminə yaxşı təsir edir”.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru