Silsilə qatil “Netflix” və BBC-ni məhkəməyə verəcək

27-12-2022, 12:58           
Silsilə qatil “Netflix” və BBC-ni məhkəməyə verəcək
Silsilə qətllərə görə Nepal həbsxanasında 19 il yatdıqdan sonra dekabrın 21-də azadlığa buraxılan silsilə qatil Çarlz Sobraj dekabrın 24-də Katmandudan vətəndaşı olduğu Fransaya gəlib.

Onu təmsil edən vəkil İzabel Kutan-Pyer ilk işinin “Netflix” və BBC-ni böhtana görə məhkəməyə vermək olduğunu söyləyib. 78 yaşlı cinayətkarın qəzəbinə 2021-ci il yanvarın 1-də yayıma çıxan “The Serpent” mini serialı səbəb olub. Kutan-Peyrenin sözlərinə görə, Sobraj özü haqqında filmə baxdıqdan sonra şirkəti məhkəməyə vermək qərarına gəlib. O, serialın keyfiyyətini bəyənməyib və ekranda göstərilənlərin 70 faizini “mütləq yalan” adlandırıb.

Bundan əlavə, qatil 2003-cü ildə saxlandığı və ömürlük həbs cəzasına məhkum edildiyi Nepala qarşı məhkəmə iddiası qaldırmağı planlaşdırır. “O, Nepal polisinin saxta sənədlərlə uydurduğu işdə haqsız yerə məhkum edilib”, - Sobrajın sözçüsü bildirib.

Qeyd edək ki, Sobraj 1970-ci illərdə Asiya ölkələrində oğurluq və fırıldaqçılıqla məşğul olduğu zaman şöhrət qazanıb. Onun 1975-1976-cı illərdə 12-20 adam öldürdüyü güman edilir. Nepalın Ali Məhkəməsi 78 yaşlı Çarlz Sobrajın yaşına görə azadlığa buraxılması barədə göstəriş verib. Cinayətkar 2003-cü ildə ömürlük həbs cəzasına məhkum edilib, lakin Nepalda bu müddət adətən 20 illə məhdudlaşır.

Mənbə: lenta.ru












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru