Mobil telefonun kilidini sındırmaq üçün televizor da kifayətdir- FOTO

27-12-2022, 12:28           
Mobil telefonun kilidini sındırmaq üçün televizor da kifayətdir- FOTO
Hakerlər evdəki rəqəmsal məişət cihazlarını sındıra və şəxsi məlumatlara giriş əldə edə bilirlər.

Bu barədə Rusiyada “Group-IB” Rəqəmsal Məhkəmə Ekspertizası Laboratoriyasının aparıcı mütəxəssisi İqor Mixaylov xəbərdarlıq edib.

Onun sözlərinə görə, evdə nə qədər çox “ağıllı qadcet” olarsa, kibercinəyatkarların onlara daxil olma riski bir o qədər yüksəkdir.

“Hakerlər giriş əldə etdikləri qurğular və routerlər vasitəsilə electron ünvan, bank xidmətləri, sosial şəbəkələr üçün loqin və parolların olduğu smartfonlara, yaxud kompüterə giriş əldə edə bilərlər. Keçən il dünyada belə hücumların sayı 1 milyardı ötüb”, - deyə mütəxəssis bildirib.



“Kaspersky Lab” şirkətinin kibertəhlükəsizlik üzrə eksperti Dmitri Qalov isə qeyd edib ki, bir sıra istehsalçılar qadcetlərin təhlükəsizliyinə kifayət qədər diqqət yetirmirlər və müəyyən zəiflikləri ehtiva edən məhsulları bazara çıxarırlar.

O, hücumçuların ev kameralarına, yaxud video-dayələrə giriş əldə etməklə uşaqları qorxutduğu halların olduğunu da deyib.

Kibercinayətkarlardan və məlumat sızmasından qorumaq üçün mütəxəssislər bir neçə qaydaya əməl etməyi məsləhət görürlər. Onların sözlərinə görə, ilk növbədə cihaz seçərkən istehsalçının nüfuzuna və məxfilik siyasətinə, həmçinin alınan cihaz barədə rəylərə diqqət yetirilməlidir.

Mənbə: İzvestiya












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.