Bu yolda sürücülərə "radar tələsi" qurulub? - Yol Polisindən açıqlama

27-12-2022, 10:58           
Bu yolda sürücülərə "radar tələsi" qurulub? - Yol Polisindən açıqlama
Şamaxı rayonu Meysəri kəndi ərazisindən keçən yolda sürücülər üçün "radar tələsi"nin qurulduğu iddia olunur.

BAKU.WS xəbər verir ki, bu barədə avtomobil tv yutub kanalı paylaşım edib.

İddia olunur ki, sözügedən yolun radar yerləşən hissəsində 3 işıq dirəyinin işıqları yanmır. Bunu qaranlıqda sürücülərin radarı görməyib, sürət həddini aşaraq radara düşməsi üçün qəsdən edildiyi iddia olunur.

Bundan başqa, həmin ərazidə həm də piyada keçidi mövcuddur. Qaranlıqda piyada keçidindən istifadə etmək isə vətəndaşların həyatını təhlükəyə atır.

İddialarla bağlı Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) İctimai qurumlarla əlaqə şöbəsinə inspektoru Toğrul Nəsirli ilə əlaqə saxladıq.

Qurum rəsmisi BAKU.WS-in sorğusuna cavab olaraq bildirildi ki, radar var deyə işıqların söndürülməsi iddiası yalandır. İşığın yandırılıb-söndürülməsinə biz baxmırıq:

"Hər bir sürücü radar oldu-olmadı yol hərəkəti qaydalarına riayət etməlidir. O, da bildirdi ki, radarla küçə işıqlarının heç bir əlaqəsi yoxdur. Onsuz da bilirik ki, indi çox adamın telefonunda "antiradar" tətbiqi var. Bu da radarların yerini, ona qədərki sürəti yaxşı göstərir. İndiki zamanda sözügedən halın bilərəkdən edilməsi mümkün deyil".













Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.