· ABŞ və Avropa İttifaqı separatçı, üstəlik silahlı Qarabağ ermənilərini niyə terrorçu kimi tanımır?

28-12-2022, 09:14           
·  ABŞ və Avropa İttifaqı separatçı, üstəlik silahlı Qarabağ ermənilərini niyə terrorçu kimi tanımır?
İspaniya və Fransanın bir hissəsini əhatə edən bölgənin müstəqilliyi uğrunda silahlı mübarizə aparan bask radikal-solçu, milliyyətçi və separatçı təşkilatı ETA İspaniya və Fransa, həmçinin Avropa İttifaqı və ABŞ tərəfindən terror təşkilatı kimi tanınıb.
İrlandiya Respublikaçı Ordusu (IRO) İrlandiya Respublikasının qurulması üçün yaradılmış inqilabçı yarımhərbi təşkilat da həmçinin.
Deməli, Avropa dövlətləri əl-ələ verib silahlı separatçıları sıradan çıxardıb. O cümlədən Fransa da bu işdə xüsusi canfəşanlıq göstərib...
Sirr deyil ki, Qarabağ erməniləri Ermənistanın və dünya erməniliyinin havadarlarının dəstəyi ilə Azərbaycana qarşı silahlı mübarizə aparır. Ancaq ETA və İRO-ya qarşı radikal mövqe sərgiləyən Avropa İttifaqı və ABŞ Azərbaycanın bir hissəsini özələşdirmək istəyən separatçı erməniləri terrorçu kimi tanımaq haqqında heç düşünmür də. Sual olunur ki, niyə? Niyə Avropadakı əlisilahlı separatçılar terrorçu sayılır, Azərbaycandakı əli silahlılar isə ABŞ və Avropa İttifaqı tərəfindən az qala azadlıq mücahidləri kimi vəsf olunur?
Saqqalım yoxdur, sözüm keçmir. Biz Azərbaycan olaraq Qarabağ erməniləri ilə bağlı Qərblə çox kəskin danışmalıyıq. Bu məsələdə hücumda olmalıyıq, müdafiə mövqeyi sərgiləmək kökündən yanlışdır. Azərbaycan olaraq birbaşa, yəni ABŞ və Avropa İttifaqının gözünün içinə baxaraq bu kimi faktları onların sifətinə çırpmalıyıq ki, siz Avropanı hədəf alan əlisialhlı separatçıları “terrorçu” deyib sıradan çıxarırsız, Azərbaycandakı əlislahlı terrorçulara isə qucaq açırsız, maddi və siyasi dəstək verirsiz. Niyə, xeyir ola?
Mən əminəm ki, Qarabağ məsələsində Azərbaycan sonuna qədər haqlıdır. Azərbaycan beynəlxalq qanunlara əsasən öz ərazisində anti-terror əməliyyatı keçirmək haqqına sahibdir. Rəsmən xəbərdarlıq edilməlidir ki, Azərbaycan tərəfi istədiyi vaxt Qarabağdakı terrorçuların tərksilah edilməsi üçün konkret addımlar atacaq. Terrorçuların nazı ilə oynamaq lazım deyil...
Elbəyi Həsənli
Teref.az












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.