Kremennaya itirilsə, Rusiyanın Luqanskda müdafiə xətti pozulacaq

28-12-2022, 10:04           
Kremennaya itirilsə, Rusiyanın Luqanskda müdafiə xətti pozulacaq
“Rusiya hərbçiləri Luqansk vilayətinin Kremennaya şəhərinə nəzarəti əldə saxlamağa çalışırlar, şəhər ərazisində şiddətli döyüşlər gedir”.

Bunu Luqansk Vilayət Hərbi Administrasiyasının rəhbəri Sergey Qayday milli telemarafonun efirində bildirib.

“İşğalçı qoşunlar orada böyük miqdarda ehtiyat və texnika cəmləşdirir. Orada yüzlərlə hərbçi ölür. Onlar başa düşürlər ki, Kremennaya itirilsə, Rusiyanın Luqansk vilayətində bütün müdafiə xətti pozulacaq”, – deyə Qayday qeyd edib.

O vurğulayıb ki, cəbhənin bu sektorunda uğur Ukrayna Silahlı Qüvvələrinin tərəfindədir.

“Eyni zamanda rusiyalılar bütün meşə zolaqlarını zəbt ediblər və ətraflarındakı hər şeyi minalayıblar. Minalanma, əsasən, məsafədən həyata keçirilib, buna görə də düşmənin heç minalanma xəritəsi də yoxdur”, – deyə o bildirib.

Hərbi Administrasiya rəhbəri həmçinin qeyd edib ki, Ukrayna hərbçiləri rusiyalıların əks-hücum planlarını pozublar.

“Beloqorovkada vəziyyət ağırdır. Bir neçə saatlıq artilleriya atəşindən sonra rusiyalı hərbçilər 10-20 nəfərlik dəstələrlə mütəmadi olaraq bizə qarşı hücuma keçməyə çalışırlar. Lakin Ukrayna Silahlı Qüvvələri onların bütün bu niyyətlərinin qarşısını alır”, – deyə Qayday fikrini yekunlaşdırıb.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.