Zabuxdan sonrakı köhnə yol: Arayik Xankəndinə necə gedib? - HƏQİQƏTƏN DƏ...

28-12-2022, 16:48           
Zabuxdan sonrakı köhnə yol: Arayik Xankəndinə necə gedib? - HƏQİQƏTƏN DƏ...
Hələ dekabrın əvvəlində Qarabağdakı erməni separatçılarının rəhbəri Aarayik Harutyunyanın Fransada olduğu rəsmi olaraq təsdiqlənmişdi. Parisdən İrəvana qayıdan Arayikin, Laçın dəhlizi bağlı olmasına rəğmən, Xankəndidə keçirilən aksiyada peyda olması bir sıra suallara yol açıb.

TEREF.AZ JAMAZ.İNFO-ya istinadla bildirir ki, bununla bağlı Azərbaycan mediasında çeşidli informasiyalar yayılıb. Əsas vurğu isə Arayik Harutyunyanın rus sülhməramlılarının avtomobilində Xankəndinə keçdiyi ehtimalının üzərinə qoyulur.

Qeyd edək ki, Arayiklə birlikdə Parisə gedən David Babayan, Qeqam Stepanyan hal hazırda Gorusda yerləşiblər. Onlar heç bir şəkildə Qarabağa gedə bilmirlər. Həmçinin Aartak Beqlaryan da İrəvandadır və o, müxtəlif aksiyalar keçirməklə məşğuldur.

Bəs, Arayik Xankəndinə necə gedib? Bildirək ki, Laçın dəhlizi Zabuxdan sonra iki yerə ahaçalanır. Yollardan biri əvvəlki marşrut üzrə Şuşanın Böyük və Kiçik Qaladərəsi kəndlərindən dolanaraq, Xankəndinə çıxır. Digəri isə lap köhnə yoldur və Zabuxu keçdikdən sonra dolayı yollarla, hələ sovet dövründə çəkilmiş, hazırda elə də çox istifadə olunmayan dağ yolundan ibarətdir.

Onu da qeyd edək ki, yolun həmin hissəsi 10 noyabr razılaşmasına əsasən rus sülhməramlılarının nəzarətindədir.

Ehtimallardan biri odur ki, rus sülhməramlıları Arayik Harutyunyana məhz həmin köhnə dağ yolu ilə Xankəndinə giriş etməsinə yardımçı olublar. Çünki hazırkı yolla, yəni Daşaltıdan keçən hissədən Xankəndinə getmək demək olar ki, mümkünsüzdür. Ən azından oradakı aksiya iştirakçıları Harutyunyanı görəcəkləri təqdirdə, onun keçməsinəimkan verməyəcəklər. Eyni zamanda, bu ruslar üçün də kifayət qədər riskli məsələdir. Onların daha da nüfuzdan düşməsinə, habelə separatçılarla əməkdaşlıqlarını təsdiq edən fakta çevrilə bilər. Ona görə də, rusların belə bir marşrutla Arayiki Xankəndinə aparmaları inandırıcı görünmür.

O zaman yeganə ehtimal qalır ki, bu da Arayikin məhz köhnə yolla Xankəndinə getməsini şərtləndirir. Belə ki, Harutyunyan Laçın dəhlizini keçərək, Şuşanın aşağı hissəsində köhnə yola çıxarılıb, oradan da Xankəndinə gedib.

Ərazini yaxşı tanıyanlar qeyd edirlər ki, həmin yol davamlı hərəkət etmək üçün əlverişli deyil. Hələ sovet vaxtında çəkilmiş və indiyə qədər yenilənməmiş yolla iri maşınların hərəkət etməsi isə mümkün deyil. Yəni, yalnız yüngül avtomobillər vasitəsi ilə asfalt örtüyü tamamilə sıradan çıxmış marşrutla hərəkət etmək mümkündür.

Ekspertlər isə bildirir ki, əgər Azərbaycan Laçın dəhlizi üzərində nəzarət-buraxılış məntəqəsi vəgömrük postu qoymaq fikrində olarlarsa, bunu birbaşa dəhlizin düz girəcəyində, Ermənistanın Teğ kəndi ilə sərhəddə quraşdırmalıdırlar. Bundan başqa, ikinci nəzarət məntəqəsi (gömrük postu bura aid deyil) isə Zabuxda təşkil edilməlidir. Çünki yolun həmin hissəsindən sonra Xxankəndi, Xocalı və digər şəhərlərimizə çıxış üçün çoxlu sayda torpaq yollar var.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.