İsmayıllının gənc başçısı eyni vaxtda 3 tenderə imza atdı

28-12-2022, 16:50           
İsmayıllının gənc başçısı eyni vaxtda 3 tenderə imza atdı
İsmayıllı Rayon İcra Hakimiyyəti bir-birinin ardınca üç tender müqaviləsi imzalayıb.

TEREF.AZ FED.az-a istinadla xəbər verir ki, qaliblərdən biri fiziki şəxs olub. Ümumilikdə isə tenderlərin predmeti və məbləği aşağıdakı kimidir.

119 min 355.23 manat dəyərindəki "smayıllı rayonu, Q.Aslanov, M.Abbasov, S.Hüseynzadə, E.Dünyamalıyev küçələrində və şəhid C.Bədəlovun yaşadığı küçədə yolların əsaslı təmiri işləri" tenderinin qalibi "İsmayıllı Tikinti-27" ASC, 94 min 730.4 manat dəyərindəki "Abadlıq işləri üzrə mal materialarlın eləcə də uşaq əyləncə atraksionlarının satın alınması" tenderinin qalibi Emil Məlikəhməd oğlu Əliyev, 36 min 567.02 manat məbləğindəki "Küçə işıqları üçün plafonların satın alınması" tenderinin qalibi isə "Buta Supply" MMC olub.

Bağlanmış müqavilələrin ümumi dəyəri 250 min 292.65 manatdır.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru