Pəhrizsiz, idmansız arıqlamağın ən asan yolu – Hamı edə bilər

29-12-2022, 08:05           
Pəhrizsiz, idmansız arıqlamağın ən asan yolu –
Yeməyi yavaş-yavaş yemək arıqlamağa kömək edir.

Bu barədə Meksikanın Xuares-del-Estado-de-Duranqo Universitetinin alimləri “Pediatric Obesit” jurnalında məqalə dərc ediblər.

Elm adamları bunu sınamaq üçün 54 könüllü üzərində təcrübə keçiblər.

Təcrübədə iştirak edənləri iki qrupa bölüblər. Birinci qrupun üzvləri hər tikəni 30 saniyə çeynəyiblər, ikinci qrupdakılar isə normal sürətlə yemək yeyiblər. Təcrübə bir il davam edib. Bu müddət ərzində subyektlər idman etməyiblər və xüsusi pəhrizlər saxlamayıblar.

Altı aylıq tədqiqatdan sonra birinci qrupdakı iştirakçıların təxminən iki kiloqrama yaxın arıqladıqları (il ərzində çəkilərinin 3-5%-i) görünüb, ikinci qrupdan olan könüllülər isə üç kiloqramdan çox (il ərzində ilkin çəkilərinin 7-8%-ə qədər) kökəliblər.

“Yavaş yemək effektivdir, çünki beyinə mədənin tox olduğunu anlamaq üçün daha çox vaxt verir. Yeməyi çox tez yeyəndə beyin insanın tox olduğunu başa düşməyə vaxt tapmır və aclıq hissi yox olmur. Bu da insanın yemək həddini aşmasına gətirir”, – deyə alimlər qeyd ediblər.

Tədqiqatçılar, həmçinin daha nəzərəçarpan nəticə əldə etmək üçün yeməkdən əvvəl bir stəkan su içməyi və yeməklər arasında qəlyanaltıdan çəkinməyi tövsiyə ediblər.
pressklub












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.