Rusiya bu istiqamətdə həlledici hücuma hazırlaşır

29-12-2022, 12:52           
Rusiya bu istiqamətdə həlledici hücuma hazırlaşır
Rusiya qüvvələri Luqansk vilayətində həlledici hərəkət üçün hazırlıqlara başlayıb.

Axar.az xəbər verir ki, bu barədə ABŞ-ın Müharibənin Öyrənilməsi İnstitutu məlumat yayıb.

“Ruslar böyük ehtimalla Luqansk vilayətində həlledici hərəkətlərə hazırlaşırlar, baxmayaraq ki, bunların müdafiə, yoxsa hücum əməliyyatları olacağı hələ bəlli deyil. Lakin onlar bunun “həlledici hücum” ola biləcəyini qeyd edirlər. Hazırda rus qoşunları Luqanskda texnika və qüvvələr toplamaqda davam edir. Əvvəllər Xerson vilayətində çalışmış desant qrupları indi Luqansk vilayətinə köçürülüb”, - məlumatda deyilir.

Qeyd olunur ki, ruslar qışda Zaporojye vilayətində yeni hücuma daha az meyillidirlər:

“Rusiyanın Baxmuta hücumu çox güman ki, kulminasiya nöqtəsinə çatacaq. Kulminasiya nöqtəsi qüvvələrin artıq əməliyyat, hücum və ya müdafiə formasını davam etdirə bilməyəcəyi məqamdır. Kulminasiya nöqtəsinə çatan rus qüvvələri kiçik qruplar şəklində Baxmuta hücumları davam etdirə bilər, baxmayaraq ki, ciddi əməliyyat uğuru gətirməyəcək. Rusiya hava-desant qoşunları Baxmutda vaqnerçilərə kömək edir”.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru