Ölümə səbəb olan öskürək siropunun istehsalı dayandırıldı

30-12-2022, 00:15           
Ölümə səbəb olan öskürək siropunun istehsalı dayandırıldı
Özbəkistanda 18 uşağın ölümünə səbəb olan öskürək siropunun istehsalı dayandırılıb.
Bakupost.az “Times of India” qəzetinə istinadla xəbər verir ki, söhbət Hindistana məxsus dərman firmasının “Dok-1 Max” adlı öskürək siropundan gedir.
Hindistan Mərkəzi Əczaçılıq Standartlarına Nəzarət Təşkilatı firmanın ofisində araşdırmalara başlayıb. Nəticədə şirkətin bütün qanuni icazələrə sahib olduğunu bildiriblər.
Müəssisənin hüquqşünası Həsən Harris firmanın 10 ildir fəaliyyət göstərdiyini və problemin araşdırılacağını deyib.
Qeyd edək ki, Özbəkistan Səhiyyə Nazirliyi 18 uşağın ölümünə səbəb həmin firmaya məxsus öskürək siropunun olduğunu iddia edir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru