Kosmosda süni yuxu:İnsanlar da qış yuxusuna gedəcək?

1-01-2023, 00:02           
Kosmosda süni yuxu:İnsanlar da qış yuxusuna gedəcək?
Çin alimləri uzunmüddətli kosmosa səyahət olacağı təqdirdə xüsusi eksperiment aparıblar.

Onlar bədən istiliyinin aşağı düşdüyü süni yuxunun tətbiqi üçün primatlar və siçanlarda preparatın təsirini öyrəniblər.

Cebhe.info xəbər verir ki, təcrübənin nəticələri “The Innovation” jurnalında dərc edilib.
Alimlər qeyd edirlər ki, isti qanlı heyvanlarda qış yuxusu onların metabolizm proseslərini ləngidir, bu, xüsusən də boz ayılar və ya yarasalar üçün xarakterikdir. İndiyədək mütəxəssislər dərmanın köməyi ilə yalnız Madaqaskar lemurlarını qış yuxusuna buraxa biliblər, digər eksperimental heyvanlar isə oyaq qalmağa davam ediblər.
Bununla belə, ekspertlər onlarda qış yuxusunu müşayiət edən bir sıra mexanizmləri - xüsusən də siçanlarda ürək döyüntüsünün azalmasını müəyyən ediblər.

Eyni zamanda, ürək döyüntülərinin artması, qanın tərkibində dəyişikliklər, əzələ aktivliyinin artması səbəbindən orqanizm soyuqlara qarşı müqavimət göstərməyə başlayır. Tədqiqatçılar qeyd ediblər ki, eksperimentləri davam etdirmək üçün bu cür reaksiyalara dirənişin yollarını tapmaq lazımdır.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.