Rusiyalı milyarderlər arasında ən çox yoxsullaşan Abramoviç oldu
1-01-2023, 12:04
İş adamı Roman Abramoviçin sərvəti digər rusiyalı milyarderlərdən daha çox azalıb.
Hesablamalara görə, 2022-ci ildə onun varidatı iki dəfədən çox azalaraq 7,8 milyard dollar təşkil edib.
Rusiyanın Ukraynadakı hərbi əməliyyatı başlamazdan əvvəl Abramoviçin sərvəti 18 milyard dollar qiymətləndirilirdi. İndi onun vəsaitlərinin bir hissəsi qeyri-likvid aktivlərdədir.