Bakıda 5 nəfərin ölümünə səbəb olan dəhşətli qəzanın təfərrüatı (VİDEO)

2-01-2023, 00:12           
Bakıda 5 nəfərin ölümünə səbəb olan dəhşətli qəzanın təfərrüatı (VİDEO)
Yeni ilin ilk günündə Bakıda dəhşətli yol-nəqliyyat hadisəsi baş verib.

Qəza nəticəsində 5 nəfər həlak olub.Daxili İşlər Nazirliyindən verilən məlumata görə, hadisə “Mercedes” markalı avtomobilin “Toyota”nın qarşısına çıxması nəticəsində baş verib. Nəticədə “Mercedes” markalı avtomobilin sürücüsü 1997-ci il təvəllüdlü Vüqar Abdullayev, sərnişinlər 1994-cü il təvvəllüdlü Aytəkin Allahyarova, 1997-ci il təvəllüdlü Jalə Aslanova, 2001-ci il təvəllüdlü Könül Namazova və “Toyota” markalı avtomobilin sürücüsü 1994-cü il təvəllüdlü Pərviz Əlizadə dünyalarını dəyişiblər.
Faktla Cinayət Məcəlləsinin yol istismar qaydalarını pozma, iki və daha çox şəxsin ölümü ilə nəticələnəndə maddəsi ilə cinayət işi başlanılıb. Hazırda iş üzrə müvafiq ekspertzialar təyin edilib, istintaq hərəkətləri aparılır.













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru