“İPHONE 15″İN ƏSAS XÜSUSİYYƏTİ AÇIQLANDI

2-01-2023, 09:35           
“İPHONE 15″İN ƏSAS XÜSUSİYYƏTİ AÇIQLANDI
2023-cü ildə satışa çıxarılacaq “iPhone 15”in əsas xüsusiyyəti açıqlanıb.

Teref.az xarici mediaya istinadən xəbər verir ki, telefonun ən vacib yeni özəlliyi onun güclü enerji batareyasına sahib olmasıdır.

Məlumdur ki, “Apple” üçün prosessorların əsas istehsalçısı Tayvanın TSMC şirkətidir. Şirkət yeni smartfonlar üçün üç nanometrlik proses texnologiyasına əsaslanan çipləri bazara çıxarıb. Yeni prosessorlar “A17 Bionic” adlanır.

Bu prosessorlar daha çox enerjiyə qənaət edəcək və “iPhone”un tək akkumulyatorla daha uzun müddət işləməsinə imkan verəcək.

Qeyd edək ki, “Apple”ın əsas rəqiblərindən biri olan “Samsung” hələ iyul ayında 3 nanometrlik çiplərin istehsalına başlamışdı.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru