Avropada ötən ilin ən işlək hava limanı məlum oldu

3-01-2023, 12:24           
Avropada ötən ilin ən işlək hava limanı məlum oldu
Avropa Hava Naviqasiya Təhlükəsizliyi Təşkilatı (EUROCONTROL) 2022-ci il üçün Avropa hava limanları və hava nəqliyyatı ilə bağlı geniş hesabatını dərc edib.

Teref.az yazır ki, 2022-ci il hesabatına görə, Türkiyənin İstanbul Hava Limanı gündə orta hesabla 1156 uçuşla il ərzində Avropanın ən işlək hava limanı olub.

COVID-19 epidemiyasının başlanğıc tarixi olan 2019-cu il ilə qarşılıqlı qiymətləndirmənin aparıldığı hesabata görə, İstanbul Hava Limanı Avropada epidemiyadan əvvəlki uçuş saylarını tutan yeganə hava limanı olub.

İstanbul hava limanını gündəlik 1140 uçuşla Amsterdam, 1122 uçuşla Paris, 1048 uçuşla Frankfurt və 1042 uçuşla London Hava Limanı izləyıb.

Mənbə: Anadolu












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru