Ötən ilin ən yaxşı kompüter oyunları açıqlandı

3-01-2023, 09:29           
Ötən ilin ən yaxşı kompüter oyunları açıqlandı
Jurnalistlərin və istifadəçilərin reytinq toplayıcısı “Metacritic” 2022-ci ilin ən yaxşı kompüter oyunlarını açıqlayıb.

Ən yaxşı 40 oyun jurnalistlərin rəyləri əsasında tərtib edilib.

Birinci yerdə reytinqi 95 xal olan “Persona 5 Royal” olub. “Elden Ring” və “Dwarf Fortress” müvafiq olaraq 94 və 93 xalla ikinci və üçüncü yerləri tutublar.

İlk onluğa həmçinin “God of War”, “Chained Echoes”, “The Stanley Parable: Ultra Deluxe”, “Neon White”, “The Legend of Heroes: Trails from Zero”, “NORCO and Cuphead: The Delicious Last Course” da daxildir.

“Metacritic”ə görə, ən yaxşı oyunlar siyahısına həmçinin “Marvel's Spider-Man: Miles Morales”, “Uncharted: Legacy of Thieves Collection”, “Vampire Survivors”, “Total War: Warhammer III”, “Destiny 2: The Witch Queen”, “Death Stranding: Director's Cut”, “Gordian Quest” və başqaları da daxildir. İlk 40-lığı tamamlayan “Never Awake” oyunu 100 baldan 84 bal toplayıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru