Binəqədidəki dəhşətli partlayışın səbəbi bəlli oldu - “Azəriqaz”ın direktorundan açıqlama

3-01-2023, 09:20           
Binəqədidəki dəhşətli partlayışın səbəbi bəlli oldu - “Azəriqaz”ın direktorundan açıqlama
Paytaxtın Nəsimi rayonu, Cavadxan küçəsində yerləşən çoxmərtəbəli binanın 17-ci mərtəbəsində baş verən partlayış hadisəsi ilə bağlı FHN və DİN nümayəndələri tərəfindən araşdırma işləri aparılaraq hadisənin fəsadlarının aradan qaldırılması ilə bağlı yerində müvafiq təhlükəsizlik tədbirləri görülməkdədir. Təhlükəsizlik məqsədilə qeyd olunan ünvanın qaz təchizatı dayandırılıb.

Publika.az xəbər verir ki, bu sözləri Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyinin Baş direktoru Ruslan Əliyev sosial mediada yazıb. Qurum rəhbərinin sözlərinə görə, hadisə yerinin araşdırılması zamanı mənzilin qaz təsərrüfatında bir çox qüsurların olduğu və qaz təsərrüfatında təhlükəsizlik qaydalarının pozulduğu aşkar edilib.

"Bir daha vətəndaşları qazdan istifadə edərkən ehtiyyatlı olmağa, təhlükəsizlik qaydalarına əməl etməyə çağırırıq", - “Azəriqaz” İB-nin Baş direktoru Ruslan Əliyev bildirib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru