Abramoviç Mənsimovla niyə görüşüb? - Detallar bəlli oldu

3-01-2023, 18:21           
Abramoviç Mənsimovla niyə görüşüb? -
Rusiyalı oliqarx, milyarder Roman Abramoviç İstanbulda “Palmali” şirkətlər qrupunun rəhbəri, azərbaycanlı iş adamı Mübariz Mənsimovla görüşüb.
TEREF.AZ Bakupost.az-a istinadla xəbər verir ki, Abramoviç Türkiyədə futbol klubu almaq niyyətindədir. Onun məsləhət almaq üçün Mənsimova müraciət etdiyi bildirilir. Qeyd edək ki, azərbaycanlı iş adamı “Beşiktaş” futbol klubu konqresinin üzvüdür.
Qeyd olunur ki, Mənsimov Abramoviçə üç futbol klubu ilə bağlı məsləhətlər verib. Bunlar "Başakşehir", "İstanbulspor" və "Kasımpaşa" klublarıdır. Rusiyalı oliqarxın bu klubları almaqda maraqlı olduğu bildirilir. Ancaq Abramoviç və Mənsimov hələ də görüşlə bağlı yayılan xəbərlərə münasibət bildirməyiblər.
Qeyd edək ki, Roman Abramoviç Rusiyanın Ukraynaya qarşı başlatdığı müharibədən sonra Londonun “Çelsi” futbol klubunu satmaq məcburiyyətində qalıb. Oliqarx lüks yaxtasını -"Eclipse"i Bodruma gətirib və İstanbulda məskunlaşıb. Abramoviçin Rusiya ilə Ukrayna arasında aparılan danışıqlarda vasitəçi kimi çıxış etdiyi də məlumdur. Məlumatlara görə, oliqarx kapitalının əsas hissəsini Türkiyəyə yatırmağa hazırlaşır və bununla bağlı bir neçə layihəni, o cümlədən Bodrumda istirahət kompleksinin tikintisini nəzərdən keçirir.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.